Roberto Bordin: "Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Roberto Bordin:

Roberto Bordin: "Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 25-ci turun "Sabah” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Nəticədən razı qaldığını deyən italiyalı mütəxəssis sonadək dəstək olduqlarına görə azarkeşlərə təşəkkür edib:


"Oyunun nəticəsindən razı qaldım. Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq. Oyun, xüsusilə ilk hissə çətin keçdi. Rəqibin də hesabı açmaq imkanı var idi, amma bizim şanslarımız daha real idi. Mirabdullanın 100 faizlik epizodunu xüsusilə qeyd edərdim. Fasilədən sonra futbolçularımız tempi daha da artırdı. Rəqibin bir nəfər azlıqda qalması da xeyrimizə oldu. Sonda iki top fərqini qoruya bildik. Oyunçularımı əzmkarlığa görə təbrik edirəm. Bununla belə, üzüldüyüm məqamlar da var. Zədələnənlər və sarı vərəqə limitini dolduranlar oldu. Bizi sonadək dəstəklədiklərinə görə azarkeşlərimizə təşəkkür edirəm”.


Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Rəqib azlıqda qalanadək üstünlüyə yiyələnmədiyimiz fikri ilə razı deyiləm. İlk hissədə Eminin, Mirabdullanın yaratdıqları epizodları görmədiniz? Çempionatın sonuna 3 tur qalıb və "Neftçi” liderdən iki xal geridədir. Bu yerə yalnız azlıqda qalan rəqibləri məğlub edərək gəlib çıxmamışıq. Biz yalnız hər oyunu düşünürük. Artıq bugünkü matçı unudub, növbəti rəqiblə görüşə hazırlaşmalıyıq. Daha sonra növbəti oyunu, nəhayət, ondan sonra isə son qarşılaşmanı düşünə bilərik. Çempionluq uğrunda rəqibimiz "Qarabağ”ın kubokda mübarizəni davam etdirməsinin bizim xeyrimizə olub-olmadığına gəlincə, Ağdam təmsilçisinin mükəmməl heyəti var, amma mən ancaq öz komandam haqda düşünürəm. Mirabdulla Abbasovda irəliləyiş var, bunu bugünkü oyunu ilə də göstərdi. Çox çalışdı, lakin təəssüf ki, qol vura bilmədi. Fərqlənsəydi, daha yaxşı olardı”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000