Namik Ələskərov: "Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdir" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Namik Ələskərov:

Namik Ələskərov: "Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdir"

"Neftçi”nin yarımmüdafiəçisi Namik Ələskərov "Sabah”la oyun haqda fikirlərini bildirib. Hər iki qolun müəllifi olan futbolçu klubun rəsmi saytına açıqlamasında azarkeşlərin də dəstəyi ilə komandamızın istəyinə nail olacağına inandığını deyib:


"Çətin oyun alındı. Çox vacib qələbə idi. Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdir. Həm 3 xal qazandığımız, həm də bu qələbədə pay sahibi olduğum üçün çox sevincliyəm. Bunda azarkeşlərimizin də rolu böyükdür. Onlara təşəkkür edirəm. Növbəti oyunlara da maksimum nəticə üçün çıxacağıq. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə istəyimizə nail olacağıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism