U-15 qızıl, U-17 isə gümüş medal şansını qoruyur | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

U-15 qızıl, U-17 isə gümüş medal şansını qoruyur

U-15 qızıl, U-17 isə gümüş medal şansını qoruyur

"Neftçi” PFK-nın U-15 komandası böyükhesablı qələbə qazanıb. "Ağ-qaralar” Boulevard Hotel U-15 Liqasının 25-ci turunda "Neftçi” İK İB-nin qapısından 6 cavabsız top keçirib. Ağadadaş Salyanski və Nahid Tanrıverdiyev dubla imza atıblar. Digər qolları Oruc Məmmədov və Ayxan Süleymanlı vurublar. Bu qələbədən sonra 66 xal toplayan "Neftçi” sona bir tur qalmış turnir cədvəlinə başçılıq edir. Lakin 64 xala malik "Sabah” ilə 63 xalı olan "Qəbələ” bir oyun az keçirib.


U-17 komandamız isə Bakcell U-17 Liqasının 21-ci turunda artıq çempionluğu təmin etmiş "Sabah”la heç-heçə edib – 1:1. "Neftçi”nin heyətində Mirəli Əhmədov fərqlənib. Hazırda 46 xalla turnir cədvəlində 2-ci olan komandamız sonuncu turda eyni xala malik "Qəbələ” ilə qarşılaşacaq.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000