"Neftçi" Qəbələdə qələbə qazanıb, 2-ci yeri tutdu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Qəbələdə qələbə qazanıb, 2-ci yeri tutdu

"Neftçi" Qəbələdə qələbə qazanıb, 2-ci yeri tutdu

"Neftçi” PFK Topaz Premyer Liqasında növbəti oyununu keçirib. Komandamız 27-ci turda "Qəbələ” klubu ilə qarşılaşıb. "Ağ-qaralar” Qəbələ şəhər staduonunda 3:1 hesabı ilə qalib gəlib. "Neftçi”nin heyətində Baqali Dabo dubla imza atıb. Digər qolu Mamadu Mbodj vurub.


Qeyd edək ki, qələbəyə baxmayaraq, çempionluq uğrunda mübarizədə əsas rəqibindən 5 xal geri qalan komandamız sonuncu turun nəticəsindən asılı olmayaraq, mövsümü 2-ci pillədə başa vuracaq. Baqali Dabo isə 14 qolla bombardirlər yarışında 1-2-ci yerləri bölüşür.

 

"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 18.Tural Axundov, 22.Mirabdulla Abbasov, 26.Ömər Buludov, 36.Mamadu Kane, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov 30.Aqil Məmmədov, 4.Petru Raku, 6.Qoran Paratski, 15.Ruslan Abışov, 16.Canluka Sansone, 17.Rəhman Hacıyev, 21.Məhəmməd Mirzəbəyov, 33.Turan Vəlizadə, 70.Əli Şirinov.


1’ Oyun başlandı.


26’ QOOOOOLLL! Emin Mahmudovun künc zərbəsindən ötürdüyü topu Mamadu Mbodj başla qapıdan keçirdi – 0:1


45’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


72’ QOL! Baqali Dabo hesab arasındakı fərqi artırdı – 0:2


75’ Canluka Sansone Namik Ələskərovu əvəzləyir.


84’ "Qəbələ” Rauf Əliyevin qolu ilə hesab arasındakı fərqi azaltdı – 1:2


90’ QOL! Baqali Dabo penalti zərbəsi ilə hesabı 1:3-ə çatdırdı.


90+1’ Əli Şirinov Mirabdulla Abbasovu, Turan Vəlizadə isə Baqali Dabonu əvəzləyir.

 

90+2’ Oyun başa çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism