Roberto Bordin: "Sonadək mübarizə apardıq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Roberto Bordin:

Roberto Bordin: "Sonadək mübarizə apardıq"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 28-ci turun "Qarabağ” klubu ilə oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Komandamın oyunundan və çempionatın səviyyəsindən tam razıyam. Düzdür, biz birinci yerdə idik, amma bəzi oyunlarda xallar itirdik. Sonadək mübarizə apardıq. Oyun məni qane etdi. "Qarabağ” bunadək çempionluğu təmin etsə də, bu gün hər iki komanda yaxşı oyun göstərdi. Ümumilikdə çempionatı dəyərləndirsəm, komandamızın oyunundan razıyam. Çempionluq uğrunda güclü komandaya qarşı mübarizə apardıq. Moldova və Azərbaycan çempionatlarının hərəsinin öz yeri var. Burada çox yaxşı futbolçular gördüm. Onlarla işləmək xoşdur. Növbəti mövsümə çox ciddi hazırlaşıb, çempionluq uğrunda mübarizə aparacağıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism