"Neftçi"nin hazırlıq planı müəyyənləşdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin hazırlıq planı müəyyənləşdi

"Neftçi” PFK-nın 2019/2020-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib. Hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.


Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə olacaq. Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandamız qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism