Soni Mustivar milli komandada | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Soni Mustivar milli komandada

Soni Mustivar milli komandada

"Neftçi” PFK-nın futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub. Mayın 25-dən iyulun 8-dək yığmanın düşərgəsində olacaq 29 yaşlı yarımmüdafiəçi yoldaşlıq oyunu çərçivəsində Çili (7 iyun), KONKAKAF Qızıl Kubok çərçivəsində isə Bermud adaları (17 iyun), Nikaraqua (21 iyun) və Kosta Rika (25 iyun) ilə matçlara çağırılıb.


Qeyd edək ki, Soni Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 16 oyun keçirib, 2 qol vurub.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism