"Neftçi" ilk transferini rəsmiləşdirdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" ilk transferini rəsmiləşdirdi

"Neftçi” mövsümlərarası dönəmdə ilk transferini həyata keçirib. Serbiyalı futbolçu Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlanıb. 31 yaşlı müdafiəçi komandamızın heyətində 6 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qəbələ” (2015-2019) olan Stankoviç Serbiyanın "Dinamo” (Vranye, 2006-2008), OFK (2008-2009), "Partizan” (2009-2015) və Azərbaycanın "İnter” (2015-2016) komandalarında çıxış edib. Serbiya çempionatının (2010, 2011, 2012, 2013), kubokunun (2011) və Azərbaycan kubokunun (2019) qalibi olan futbolçu 2010-cu ildə Serbiya milli komandasında 1 oyun keçirib.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism