Ceyhun Sultanov – 40 | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Ceyhun Sultanov – 40

Ceyhun Sultanov – 40

Bu gün "Neftçi” PFK-nın idman direktoru, veteran futbolçu Ceyhun Sultanovun 40 yaşı tamam olur. 1979-cu ildə anadan olan Sultanov 1997/1998 mövsümündə "Neftçi”də çıxış edib. O, "Fərid” (1996-1997), "Dinamo” (1998-2001), "Maşinsazi” (Təbriz, 2003-2004), "Bakı” (2004-2007), "Xəzər Lənkəran” (2007-2010), "Kəpəz” (2010-2012), "Sumqayıt” (2012), "Qəbələ” (2013) klublarında da oynayıb. Ceyhun Sultanov Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.


40 yaşlı mütəxəssis "Bakı”da seleksiyaçı məşqçi (2013-2014), "Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib. 2018-ci ilin fevralından "Neftçi”nin idman direktorudur.


"Neftçi” ailəsi adından
Ceyhun Sultanovu təbrik edir, ona cansağlığı, uzun ömür və uğurlar arzulayırıq!
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism