Toplanışın ilk mərhələsinə sabah yekun vurulacaq | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Toplanışın ilk mərhələsinə sabah yekun vurulacaq

Toplanışın ilk mərhələsinə sabah yekun vurulacaq

"Neftçi” PFK yeni mövsümə hazırlığı davam etdirir. Gündə iki dəfə məşq edən komandamızın düşərgəsinə bu gün yeni transfer Voislav Stankoviç də qoşulub. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqlərdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib.


Hazırlığın ilk mərhələsinə sabah səhər məşqi ilə yekun vurulacaq. Komandamız iyunun 15-i səhər saatlarında təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq "ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta