Stiven Jozef-Monroz "Neftçi"də | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Stiven Jozef-Monroz

Stiven Jozef-Monroz "Neftçi"də

"Neftçi” daha bir transferini rəsmiləşdirib. Fransız futbolçu Stiven Jozef-Monroz ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı hücumçu komandamızın heyətində 28 nömrəli formanı geyinəcək.


Sonuncu klubu "Qəbələ” (2017-2019) olan Jozef-Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.


Xatırladaq ki, "Neftçi” bundan əvvəl müdafiəçi Voislav Stankoviç, hücumçu Rauf Əliyev və yarımmüdafiəçi Dario Frederiko ilə müqavilə bağlamışdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta