Dabo və Mustivar İtaliyaya müalicəyə göndərilib | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Dabo və Mustivar İtaliyaya müalicəyə göndərilib

Dabo və Mustivar İtaliyaya müalicəyə göndərilib

Türkiyədə yeni mövsümün hazırlığını davam etdirən komandamızın iki üzvü müalicə məqsədilə müvəqqəti olaraq düşərgəni tərk edib. Bunlar məşqlərdə ayaq əzələsində yüngül zədə alan Baqali Dabo və Haiti millisinin təlim-məşq toplanışından zədə səbəbindən yarımçıq geri dönən Soni Mustivardır.


Hər iki futbolçu ən qısa zamanda komandaya qoşulmaları və Avropa Liqasının birinci mərhələsindəki oyunlara hazır olmaları üçün İtaliyaya göndərilib. Onların xüsusi klinikada müalicə alaraq, tez bir vaxtda sağlamlıqlarına qovuşmaları üçün həkimlərin rəyi əsasında bu addım atılıb.


Qeyd edək ki, "Neftçi” iyunun 20-si, 25-i və 30-da yoxlama görüşü keçirəcək. Sınaq matçlarındakı rəqiblərimiz ayın 20-də "SKA-Xabarovsk” (Rusiya), 30-da isə "Vorskla” (Ukrayna) olacaq. Ayın 25-dəki rəqib haqda ən qısa zamanda məlumat veriləcək. İyulun 1-i axşam saatlarında vətənə qayıdacaq komanda üzvləri iki günlük istirahətdən sonra Avropa Liqasının birinci mərhələsindəki oyunların hazırlığına başlayacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism