Mirabdulla Abbasovla müqavilə yeniləndi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Mirabdulla Abbasovla müqavilə yeniləndi

Mirabdulla Abbasovla müqavilə yeniləndi

"Neftçi” PFK yetirməsi Mirabdulla Abbasovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb. Anlaşmaya görə, 24 yaşlı hücumçu 2020/2021 mövsümünün sonunadək komandamızın üzvü olacaq.


Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün "Neftçi” PFK-nın rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçumuz, həm də gələcəkdə komandamız üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib. Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün bu mövsümün sonunadək "Səbail” klubuna icarəyə verilib.


Qeyd edək ki, Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində "Neftçi”nin heyətində 66 oyuna çıxıb, 13 qol vurub.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta