"Neftçi" toplanışa qələbə ilə başladı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" toplanışa qələbə ilə başladı

"Neftçi" toplanışa qələbə ilə başladı

"Neftçi” PFK Türkiyə təlim-məşq toplanışı çərçivəsində ilk oyununu keçirib. Komandamız Hendek Atatürk stadionunda Rusiyanın "SKA-Xabarovsk” klubuna 3:1 hesabı ilə qalib gəlib. "Ağ-qaralar”ın heyətində Namik Ələskərov (22-ci dəqiqə), Rəhman Hacıyev (28-ci dəqiqə) və Emin Mahmudov (45-ci dəqiqə) qol vurublar. Rəqib komanda isə 75-ci dəqiqədə fərqi azaldıb.


"Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 19.Rauf Əliyev, 26.Ömər Buludov, 36.Mamadu Kane.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 6.Voislav Stankoviç, 20.Elnur Süleymanov, 25.Kirilo Petrov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 51.Mehmet Serin, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov.


1’ "Neftçi” – "SKA-Xabarovsk” oyunu başlandı.

3’ Emin Mahmudovun ötürməsindən sonra Rauf Əliyevin zərbəsi qapı tirinə tuş gəldi.

16’ Tural Axundovun ötürməsindən sonra Rəhman Hacıyevin zərbəsi qüvvətli alınmadı.

19’ Tural Axundovun zərbəsindən sonra qapıçı topu tutdu.

22’ QOOOLLL! Namik Ələskərovun zərbəsini qapıçı dəf edə bilmədi.

24’ Rəqib futbolçunun zərbəsindən sonra top qapının yanından keçdi.

28’ QOOOLLL! Rəhman Hacıyev uzaq küncü dəqiq nişan aldı – 2:0.

39’ İsmayıl Zülfüqarlı Vanqelis Platellası əvəzlədi.

45’ QOOOLLL! Rauf Əliyev və Namik Ələskərovun iştirak etdiyi hücumu Emin Mahmudov dəqiq zərbə ilə başa vurdu – 3:0.

45’ "Neftçi” – "SKA-Xabarovsk” oyununda ilk hissə başa çatdı – 3:0.

46’ "Neftçi” – "SKA-Xabarovsk” oyununda ikinci hissə başlandı. Aqil Məmmədov, Tural Axundov və Mamadu Mbodjun əvəzinə meydana Kamran İbrahimov, Kirilo Petrov və Voislav Stankoviç daxil olub.

48’ Namik Ələskərovun ötürməsindən sonra Emin Mahmudovun fərqlənməsinə qapıçı imkan vermədi.

49’ Emin Mahmudovun ötürməsindən sonra Anton Krivotsyukun qol vurması üçün azacıq dəqiqlik çatmadı.

52’ Rəqib futbolçunun zərbəsindən sonra top qapıdan yan keçdi.

56’ Rəqib komandanın cərimə zərbəsi təhlükəli alınsa da, başla zərbə qeyri-dəqiq oldu.

60’ Mamadu Kanenin zərbəsindən sonra qapıçı topu çətinliklə küncə çıxardı.

61’ Rauf Əliyev və Namik Ələskərovun əvəzinə meydana Turan Vəlizadə və Əsgər Hüseynov daxil oldu.

71’ Rəqib futbolçunun zərbəsindən sonra top qapı dirəyindən qayıtdı.

75’ Rəqib komanda künc zərbəsindən sonra başla fərqləndi – 3:1.

89’ Ömər Buludovun yaxın məsafədən zərbəsindən sonra top qapının üstündən keçdi.

90’ "Neftçi” – "SKA-Xabarovsk” oyunubaşa çatdı – 3:1.

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta