"Neftçi" – "Politexnika İaşi" oyunu hava şəraitinə görə yarımçıq dayandırıldı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" – "Politexnika İaşi" oyunu hava şəraitinə görə yarımçıq dayandırıldı

"Neftçi” PFK Türkiyə təlim-məşq toplanışı çərçivəsində ikinci oyununa çıxıb. Komandamız "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rumıniyanın "Politexnika İaşi” klubu ilə qarşılaşmalıydı. Lakin güclü dumana görə oyun 11-ci dəqiqədə yarımçıq dayandırlıb.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 10.Dario Frederiko, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov.


1’ Oyun başlandı.


3’ Vanqelis Platellasın ötürməsini Kirilo Petrov yaxın məsafədən qeyri-dəqiq baş zərbəsi ilə tamamladı. Top qapının üstündən keçdi.


11’ Hava şəraitinə (güclü duman) görə oyun yarımçıq dayandırılıb.


Xatırladaq ki, "Neftçi” ilk sınaq matçında "SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.


Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta