"Sperantsa" ilə oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Sperantsa" ilə oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı

"Sperantsa" ilə oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı

"Neftçi” PFK-nın UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i saat 21:00-da Moldovanın "Sperantsa” klubu ilə "Bakcell Arena”da keçirəcəyi oyuna KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Qarşılaşmaya akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:


1. Ad, soyad

2. Təmsil etdiyi KİV

3. Vəzifə

4. Şəkil

5. 2018/2019 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası


Yuxarıda qeyd olunanlar iyulun 16-sı günün sonunadək press@neftchipfk.com ünvanına göndərilməlidir.


Qeyd edək ki, akkreditasiyalar 17.07.2019-cu il tarixdə keçiriləcək oyunöncəsi mətbuat konfransından əvvəl veriləcək. Akkreditasiyasız KİV nümayəndələri media üçün nəzərdə tutulmuş yerlərə buraxılmayacaqlar.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism