"Neftçi" Avroliqaya böyükhesablı qələbə ilə başladı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Avroliqaya böyükhesablı qələbə ilə başladı

"Neftçi" Avroliqaya böyükhesablı qələbə ilə başladı

 

"Neftçi” PFK UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız "Zimbru” stadionunda Moldovanın "Sperantsa” klubuna 3:0 hesabı ilə qalib gəlib. Qollara Emin Mahmudov (16-cı dəqiqə - pen.), Stiven Jozef-Monroz (35-ci dəqiqə) və Rəhman Hacıyev (76-cı dəqiqə) imza atıblar.


Qeyd edək ki, iyulun 18-i "Bakcell Arena”da keçiriləcək cavab oyunu saat 21:00-da başlanacaq.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko (7.Namik Ələskərov, 80), 11.Vanqelis Platellas (17.Rəhman Hacıyev, 70), 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz (80.İsmayıl Zülfüqarlı, 86), 36.Mamadu Kane.


Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 6.Voislav Stankoviç, 18.Tural Axundov, 33.Turan Vəlizadə.


1’ Oyun başlandı.


15’ Rauf Əliyevə qarşı kobud oyuna görə penalti zərbəsi təyin olundu.


16’ QOOOOOLLL! Emin Mahmudov penaltini dəqiq yerinə yetirdi – 0:1


29’ Dario Frederikonun zərbəsindən sonra top qapı tirindən qayıtdı.


35’ QOOOOOLLL! Dario Frederikonun ötürməsindən sonra Stiven Jozef-Monroz fərqləndi – 0:2


45’ Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu qaytardı.


45+1’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


50’ Monrozun zərbəsindən sonra top qapıdan aralı keçdi.


51’ Rəqib futbolçunun zərbəsi də qeyri-dəqiq alındı.


54’ Emin Mahmudov yaxın küncü dəqiq nişan alsa da, qapıçı topu küncə çıxardı.


58’ Rəqib futbolçunun başla zərbəsindən sonra Səlahət Ağayev topu tutdu.


66’ Emin Mahmudovun uzaq məsafədən zərbəsi qüvvətli alınsa da, dəqiq olmadı.


70’ Rəhman Hacıyev Vanqelis Platellası əvəzləyir.


75’ Rauf Əliyev qol fürsəti boşa verdi.


76’ QOOOOOLLL! Rəhman Hacıyev künc zərbəsi yaxınlığından gözəl qola imza atdı – 0:3


80’ Dario Frederikonun əvəzinə meydana Namik Ələskərov daxil oldu.


82’ Rəqib futbolçunun zərbəsindən sonra top qapının yanından keçdi.


84’ Monroz yaxın küncü nişan alsa da, qapıçı topu qaytardı.


86’ İsmayıl Zülfüqarlı Stiven Jozef-Monrozu əvəzləyir.


90+3’ Oyun başa çatdı.

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000