"Neftçi" – "Sperantsa" matçının biletləri bu gündən satışda | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" – "Sperantsa" matçının biletləri bu gündən satışda

"Neftçi" – "Sperantsa" matçının biletləri bu gündən satışda

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Sperantsa” oyununun biletləri bu gündən satışda olacaq. Qiyməti 2, 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri "Bakcell Arena” stadionlarının kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündür. Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək.


Xatırladaq ki, iyulun 18-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sperantsa” oyunu saat 21:00-da başlanacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta