"Sperantsa" ilə cavab oyununa hazırlıq davam edir | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Sperantsa" ilə cavab oyununa hazırlıq davam edir

"Neftçi” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin "Sperantsa” ilə ev oyununun hazırlığını davam etdirir. Moldova təmsilçisi ilə səfər matçından sonra birgünlük fasiləyə buraxılan komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.


Xatırladaq ki, iyulun 18-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sperantsa” görüşü saat 21:00-da başlanacaq. Oyununun biletləri bu gün satışa çıxarılıb. Qiyməti 2, 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri "Bakcell Arena” stadionlarının kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark”dakı mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündür. Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta