"Neftçi" növbəti mərhələyə darmadağınla yüksəldi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" növbəti mərhələyə darmadağınla yüksəldi

"Neftçi" növbəti mərhələyə darmadağınla yüksəldi

"Neftçi” PFK UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində cavab oyununu keçirib. Komandamız "Bakcell Arena”da Moldovanın "Sperantsa” klubunu qəbul edib. Görüş "ağ-qaralar”ın 6:0 hesablı qələbəsi ilə nəticələnib. Bu, Azərbaycan futbolu tarixində avrokuboklarda qazanılmış ən böyükhesablı qələbədir. Qollara Vanqelis Platellas (18-ci və 40-cı dəqiqələr), Emin Mahmudov (24-cü dəqiqə - pen.), Dario Frederiko (42-ci dəqiqə), Stiven Jozef-Monroz (67-ci dəqiqə) və İsmayıl Zülfüqarlı (78-ci dəqiqə) imza atıblar.


Qeyd edək ki, bu komandalar arasında Kişinyovda baş tutmuş ilk oyunda "Neftçi” 3:0 hesabı ilə qalib gəlmişdi. Bununla da növbəti mərhələyə yüksələn "ağ-qaralar" Rusiyanın "Arsenal” (Tula) klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 25-də səfərdə, cavab matçı avqustun 1-də evdə keçiriləcək.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko (80.İsmayıl Zülfüqarlı, 71), 11.Vanqelis Platellas (17.Rəhman Hacıyev, 54), 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane (93.Soni Mustivar, 54).


Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 18.Tural Axundov.


1’ Oyun başlandı.


11’ Rauf Əliyevin qayçıvari zərbəsi dəqiq alımmadı.


18’ QOOOOOLLL! Vanqelis Platellas qapıçının səhvindən sonra hesabı açdı – 1:0.


23’ Dario Frederikoya qarşı kobud oyuna görə penalti təyin olundu.


24’ QOOOOOLLL! Emin Mahmudov penaltini dəqiq yerinə yetirdi – 2:0


28’ Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxardı.


29’ Ağayevin səhvindən sonra rəqib qol vura bilərdi, amma top qapının yanından keçdi.


40’ QOOOOOLLL! Vanqelis Platellas fərqləndi – 3:0


42’ QOOOOOLLL! Platellasın gözəl ötürməsindən sonra Dario Frederiko uzaq küncü dəqiq nişan aldı – 4:0


45+1’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


47’ Rəqibin zərbəsindən sonra Səlahət Ağayev topu tutdu.


54’ Soni Mustivar Mamadu Kaneni, Rəhman Hacıyev isə Vanqelis Platellası əvəzləyir.


63’ Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxardı.


67’ QOOOOOLLL! Darionun ötürməsindən sonra Stiven Jozef-Monroz fərqləndi – 5:0


71’ Dario Frederikonun əvəzinə meydana İsmayıl Zülfüqarlı daxil oldu.


78’ QOOOOOLLL! Rəhmanın zərbəsindən sonra qapıçının geri qaytardığı topu İsmayıl Zülfüqarlı qapıdan keçirdi – 6:0


87’ Rəqibin cərimə zərbəsindən sonra top qapının yanından keçdi.


90+3’ Oyun başa çatdı.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism