Roberto Bordin: "Bu qələbələr bizim üçün böyük motivasiya olacaq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Roberto Bordin:

Roberto Bordin: "Bu qələbələr bizim üçün böyük motivasiya olacaq"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin "Sperantsa” klubu ilə cavab oyunu sonrası mətbuat konfransında fikirlərini açıqlayıb. İtaliyalı mütəxəssis Moldova təmsilçisi üzərində hər iki qələbənin "Arsenal”la görüşlərdə komanda üçün böyük motivasiya olacağını bildirib:


ətin oyun olacağını bilirdik. Qarşılaşmadan əvvəl futbolularıma tapşırmışdım ki, rəqibi düzgün qiymətləndirsinlər, yuxarıdan aşağı baxmasınlar. Bu cür nəticədən sonra bəziləri düşünə bilər ki, asan qələbə qazandıq. Amma bu heç də belə deyil. Çünki oyun əvvəldən istədiyimiz kimi getmədi. Buna baxmayaraq,futbolçularımın matça yanaşması çox yaxşı oldu sonda gözəl oyunla qələbə qazandıq”.


Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "
Təbii ki, bu, bütün komandanın qələbəsidir. Bütün kollektiv gözəl oyun nümayiş etdirdi. İsmayılın da oyununu yaxşı qiymətləndirirəm.Matça çox yaxşı qoşuldu. Ona görə sevinirəm. Qol vurması Zülfüqarlı üçün hədiyyə kimi oldu. Ola bilsin ki, "Arsenal”ın oyununa kimisə göndərək. Planda var, bunu məşqçilər korpusu ilə müzakirə edəcyik. Amma deyə bilərəm ki, bizi çətin oyun gözləyir. Rauf qol vurmasa da, onun göstərdiyi oyunun komandaya çox faydası dəydi. Əlbəttə, sevinirəm ki, Azərbaycanın avrokuboklarda ən böyükhesablı qələbəsini qazandıq. Narazı qaldığım məqamlar bəzi futbolçuların bir-bilərini yaxşı başa düşməməsi bəzən top itkiləridir ki, bunların üzərində işləyəcəyik. Həm Dabo, həm də Monroz hücumun hər üç yerində oynamağı bacaran futbolçulardır. Əsas odur ki, Dabo zədəsini sağladaraq tez bir zamanda hazır olsun. İstərdim bütün futbolçularım hazır vəziyyətdə olsun ki, seçim edə bilim. Bundan sonra mövqe seçiminə baxmaq olar. Gənc İsmayılın "ulduz xəstəliyitutulacağına inanmıram. Əgər tutulsa, tez sağaldarıq (gülür). Qol epizodunda da çox diqqətli idi, düzgün mövqe seçmişdi. Verdiyimiz şansdan düzgün yararlandı. Növbəti oyunlarda da bu cür halları görəcəyik. Əlbəttə, gənc futbolçu kimi üzərində çox işləməlidir, inkişaf etməlidir. Ətrafındakı təcrübəli futbolçulardan götürüləsiçox şey var. Bu qələbələr "Arsenalla oyunlarda bizim üçün böyük motivasiya olacaq. Hazırlaşmağa hələ bir neçə gün vaxtımız var. Bizi güclü rəqiblə görüşlər gözləyir”.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta