"Neftçi" Tulada qələbə qazandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Tulada qələbə qazandı

"Neftçi" Tulada qələbə qazandı

 

"Neftçi” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız Tuladakı "Arsenal” mərkəzi stadionunda "Arsenal” klubuna 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna 45+1-ci dəqiqədə Dario Frederiko imza atıb.


Qeyd edək ki, avqustun 1-i "Bakcell Arena”da keçiriləcək cavab oyunu saat 21:00-da başlanacaq.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K) (11.Vanqelis Platellas, 87), 10.Dario Frederiko (7.Namik Ələskərov, 72), 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 33.Turan Vəlizadə.


 

1’ Oyun başlandı.


12’ Səlahət Ağayev rəqibin baş zərbəsindən sonra topu tutdu.


24’ Mamadu Kane sarı vərəqə ilə cəzalandırıldı.


25’ Rəqib ofsayddan fərqləndiyi üçün hakim haqlı olaraq qolu hesaba almadı.


30’ Ağayev Kombarovun yaxın məsafədən zərbəsindən sonra topu tutdu.


36’ Rauf Əliyev sarı vərəqə ilə cəzalandırıldı.


45+1’ QOOOOOLLL! Monrozun ötürməsindən sonra Dario Frederiko hesabı açdı – 0:1


45+2’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


55’ Monrozun zərbəsindən sonra top qapıdan yan keçdi.


65’ Anton Krivotsyuk rəqib futbolçunun yaxın məsafədən qüvvətli zərbəsinin qarşısını kəsdi.


68’ Emin Mahmudov sarı vərəqə ilə cəzalandırıldı.


72’ Zədələnmiş Dario Frederikonun əvəzinə meydana Namik Ələskərov daxil oldu.


74’ Ömər Buludovun zərbəsi qeyri-dəqiq alındı.


78’ Monrozun gözəl ötürməsindən sonra Namik Ələskərov yaxın küncü nişan alsa da, qapıçı topu qaytardı.


78’ Ömər Buludov sarı vərəqə ilə cəzalandırıldı.


82’ Mamadu Kanenin uzaq məsafədən zərbəsindən sonra top qapı dirəyindən qayıtdı.


83’ Səlahət Ağayev qüvvətli zərbədən sonra topu küncə çıxardı.


87’ Vanqelis Platellas Emin Mahmudovu əvəzləyir.


90+3’ Oyun başa çatdı.

 

 

 

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta