"Neftçi" üçüncü mərhələdə! | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" üçüncü mərhələdə!

"Neftçi" üçüncü mərhələdə!

 

"Neftçi” PFK UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab oyununu keçirib. Komandamız "Bakcell Arena”da Rusiyanın "Arsenal” klubuna 3:0 hesabı ilə qalib gəlib. Qollara Rauf Əliyev (49-cu dəqiqə), Dario Frederiko (89-cu dəqiqə - pen.) və Mamadu Mbodj (90+3-cü dəqiqə) imaz atıblar.


Bununla da üçüncü təsnifat mərhələsinə yüksələn "ağ-qaralar” İsrailin "Bney Yehuda” klubu ilə qarşılaşacaq. İlk görüş avqustun 8-də "Bakcell Arena”da, cavab matçı isə ayın 15-də səfərdə baş tutacaq.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 80.İsmayıl Zülfüqarlı.


 

1' Matç başlayıb.
27' Darionun zərbəsi dəqiq olmur.
31' Səlahət Ağayevdən möhtəşəm qurtarış!
45' İlk hissə bitdi.
46' İkinci hissə başladı.
49' QOOOOOOOOOOOOL! RAUF ƏLİYEV! 1:0!
63' Namik Ələskərov Emin Mahmudovu əvəzləyir.
77' Mamadu Mbodj Rauf Əliyevi əvəzləyir.
88' QOOOOOOOOOOOOOOOOOL! DARİO PENALTİ ZƏRBƏSİNİ DƏQİQ YERİNƏ YETİRİR - 2:0!
90' MBODJ! 3:0!!!
90'+5 MATÇ BİTDİ!

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism