"Neftçi"dən əzmkar heç-heçə | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"dən əzmkar heç-heçə

"Neftçi” PFK UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız "Bakcell Arena”da İsrailin "Bney Yehuda” klubu ilə heç-heçə edib – 2:2. Rəqib 26 və 36-cı dəqiqlərdə fərqlənsə də, ilk hissənin sonlarında qollardan birinin əvəzini çıxan "ağ-qaralar” matçın sonuncu dəqiqəsində hesabı bərabərləşdirib. "Neftçi”nin qollarını Stiven Jozef-Monroz və Namik Ələskərov vurub.


Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 15-i Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda baş tutacaq.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç (3.Mamadu Mbodj, 87), 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 11.Vanqelis Platellas (9.Baqali Dabo, 80), 19.Rauf Əliyev (7.Namik Ələskərov, 73), 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 36.Mamadu Kane.

 

1' Oyun başladı.

5' Petrovun başla vurduğu zərbədən sonra top qapının yanından keçir.
26' 0:1. Tambi fərqləndi.
36' 0:2. Qədir fərqlənir.
43' 1:2. QOOOOOL! MONROZ! 1:2!
45' İlk hissə bitdi.
46' İkinci hissə başladı.
51' Komandamız çox təhlükəli vəziyyətlər yarada bilir, amma ikinci qol hələ də gəlmir.
73' Namik Ələskərov Rauf Əliyevi əvəzləyir.
80' Baqali Dabo Platellası əvəzləyir.

87' Mammadu Mbodj Stankoviçi əvəzləyir.
90'+7 QOOOOOOOOOL! NAMIK! 2:2!
90'+7 Matç bitdi.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism