"Neftçi" "Xəzər Kuboku"nun bürünc medalını qazandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Xəzər Kuboku"nun bürünc medalını qazandı

"Neftçi” Futbol Akademiyasının U-13 komandası "Xəzər Kuboku” beynəlxalq turnirində 3-cü yeri tutaraq, bürünc medal qazanıb. Baş məşqçi Emin Salmanovun yetirmələri Rusiyanın Həştərxan şəhərində təşkil olunan yarışda 11 xal toplasa da, top fərqinə görə "Lotos”dan (Kalmıkiya) geri qalıb. Turnirin qalibi Aşqabad yığması (Türkmənistan), bombardiri isə "Neftçi”nin futbolçusu Vüsal Kərimov (5 qol) olub.


Qeyd edək ki, Qazaxıstan yığmasına (5:3), "Həştərxan”a (1:0) və Həştərxan "Volqar”ına (2:1) qalib gələn "Neftçi” Kalmıkiya "Lotos”u (1:1) və Qazaxıstan "Kurmanqazı”sı (4:4) ilə heç-heçə edib, Aşqabad yığmasına məğlub olub (2:3).

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000