"Bney Yehuda" ilə cavab matçında italiyalı hakimlər | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Bney Yehuda" ilə cavab matçında italiyalı hakimlər

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Bney Yehuda” – "Neftçi” matçının təyinatları açıqlanıb. Oyun İtaliyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alessio Tolfo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabritsio Paskua yerinə yetirəcək. UEFA nümayəndəsi Tarqo Kaldoya (Estoniya), hakim-inspektor isə Stefan Lannua (Fransa) olacaq.


Xatırladaq ki, avqustun 15-i Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda keçiriləcək "Bney Yehuda” – "Neftçi” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000