"Neftçi" Avroliqada mübarizəni dayandırdı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Avroliqada mübarizəni dayandırdı

"Neftçi" Avroliqada mübarizəni dayandırdı

 

"Neftçi” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununu keçirib. Komandamız "Ha Moşava” stadionunda "Bney Yehuda” klubuna 1:2 hesabı ilə məğlub olub. "Ağ-qaralar”ın yeganə qolunu 90+3-cü dəqiqədə penalti zərbəsindən Emin Mahmudov vurub.


Qeyd edək ki, bu komandalar arasında avqustun 8-i "Bakcell Arena”da baş tutmuş ilk oyunda 2:2 hesablı heç-heçə qeydə alındığından, "Neftçi” Avropa Liqasında mübarizəni dayandırıb.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko (11.Vanqelis Platellas, 81), 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov (9.Baqali Dabo, 63), 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane (17.Rəhman Hacıyev, 46), 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 18.Tural Axundov.


1’ Oyun başlandı.


13’ Rəqibin hücumu zamanı Mohammad Qadirin başla zərbəsindən sonra top qapının yanından keçdi.


15’ Rəqib hesabı açdı. Dor Yan fərqləndi – 1:0


21’ Mohammad Qadirin yaxın küncü nişan aldığı zərbədən sonra Səlahət Ağayev topu küncə çıxardı.


28’ Mustivarın zərbəsi qeyri-dəqiq alındı.


45+1’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı. Rəhman Hacıyev Mamadu Kaneni əvəzləyib.


50’ Mustivarın zərbəsindən sonra top qapıdan aralı keçdi.


63’ Ömər Buludovun əvəzinə meydana Baqali Dabo daxil oldu.


66’ Tambi Saqas hesab arasındakı fərqi artırdı – 2:0


74’ Monrozun ötürməsindən sonra Dabo başla zərbə vursa da, qapıçı topu tutdu.


76’ Petrovun zərbəsi qeyri-dəqiq alındı.


79’ Dabonun zərbəsindən sonra qapıçı topu tutdu.


81’ Vanqelis Platellas Dario Frederikonu əvəzləyir.


81’ Rəhman Hacıyevin künc zərbəsindən ötürdüyü topu Anton Krivotsyuk başla qapıya göndərsə də, top qapıdan aralı keçdi.


90+1’ Səlahət Ağayev yaxın məsafədən vurulmuş zərbənin qarşısını məharətlə aldı.


90+2’ Rəqib futbolçu cərimə meydanında topa əllə toxunduğu üçün penalti təyin olundu.


90+3’ QOOOLLL! Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirdi.


90+4’ Oyun başa çatdı.

 

 

 

 

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000