"Bu səhvlərdən nəticə çıxarmalıyıq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Bu səhvlərdən nəticə çıxarmalıyıq"

"Bu səhvlərdən nəticə çıxarmalıyıq"

"Neftçi”nin futbolçuları – Soni Mustivar və Kirilo Petrov Premyer Liqanın ilk turu çərçivəsində keçirilmiş "Sabah” ilə oyundan (1:1) sonra klubun rəsmi saytına açıqlama veriblər.


Soni Mustivar: "Bu səhvlərdən nəticə çıxarmalıyıq. Hücumda oynayarkən, müdafiəni unutmamalıyıq. Çempionatda ilk oyunumuz idi. Qarşıdakı turlarda daha yaxşı oynayıb, uğurlu nəticələr qazanacağıq. Artıq növbəti turda "Zirə”yə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.


Kirilo Petrov: "Oyuna nəzarət daha çox bizdə olsa da, əks-hücumların qarşısını almaqda çətinlik çəkirdik. Xal itkisi ilə başlasaq da, çempionluğa oynayacağıq. Bilirik ki, komandanı həmişə dəstəkləyən sadiq azarkeşlərimiz var. Onları sevindirməyə çalışacağıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000