"Zirə" ilə oyuna hazırlıq başlandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Zirə" ilə oyuna hazırlıq başlandı

"Neftçi” Premyer Liqanın 2-ci turunda qarşılaşacağı "Zirə” ilə oyunun hazırlığına start verib. "Sabah”la görüşdən sonra birgünlük fasiləyə buraxılan komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, avqustun 26-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə” – "Neftçi” oyunu saat 19:00-da başlanacaq.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000