Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Avqustun 23-də Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür. 1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və 51 kənd işğal olunub. Rayonun ümumi sahəsi 1386 kv.km-dir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib.


1050 kv.km-ə yaxın ərazisi olan Cəbrayıl rayonu isə 1930-cu ildə yaradılıb. Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.


Allah şəhidlərimizə rəhmət eləsin!

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000