
Soni Mustivar milli komandada
"Neftçi” PFK-nın futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub. 29 yaşlı yarımmüdafiəçi KONKAKAF Milli Liqası çərçivəsində sentyabrın 7-si və 10-u Kürasao yığması ilə keçiriləcək oyunlara çağırılıb.
Qeyd edək ki, Soni Mustivar Haiti milli komandasının heyətində 16 oyun keçirib, 2 qol vurub.