"Neftçi"nin məşqçisi medallarla təltif olundu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin məşqçisi medallarla təltif olundu

"Neftçi” Futbol Akademiyasının U-10 komandasının baş məşqçisi, əməkdar məşqçi İslam Kərimov "Qarabağ müharibə veteranı” və "Milli Ordu-100” medalları ilə təltif olunub. Medallar təcrübəli mütəxəssisə Azərbaycan Müharibə Veteranları Cəmiyyətində təqdim edilib.


Qeyd edək ki, 27 ildir "Neftçi”də çalışan İslam Kərimov 1992-ci ildə könüllü olaraq 845 saylı, Milli Qəhrəman Allahverdi Bağırovun batalyonuna yollanıb. Ağdam döyüşlərində, Naxçıvanik kəndinin və Xocalı əsirlərinin azad olunmasında iştirak edib.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000