"Qarabağ"la oyuna hazırlıq davam edir | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Qarabağ"la oyuna hazırlıq davam edir

"Neftçi” hazırlığı bərpa edib. Bir günlük fasiləyə buraxılmış komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə milli komandanın düşərgəsindən qayıtmış futbolçulardan Emin Mahmudov da iştirak edib. Millinin digər üzvləri – Səlahət Ağayev, Anton Krivotsyuk və Ömər Buludov sabahdan məşqlərə qoşulacaqlar. Müalicəsini başa vurmuş Soni Mustivar isə fərdi hazırlaşıb. Hazırlıq sabah bir məşqlə davam edəcək.


Xatırladaq ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu saat 20:30-da başlanacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000