"Neftçi" Respublika stadionunda məğlub oldu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Respublika stadionunda məğlub oldu

"Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 4-cü turda "Qarabağ”la qarşılaşıb. "Ağ-qaralar” Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşdə 0:2 hesabı ilə məğlub olub.


"Neftçi”: 1.Səlahət Ağayev, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 17.Rəhman Hacıyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 77.Donald Gerye.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 18.Tural Axundov, 19.Rauf Əliyev, 33.Turan Vəlizadə, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar.


1’ Oyun başlandı.


10’ Monrozun zərbəsindən sonra qapıçı topu kuncə çıxardı.


11’ Hacıyevin künc zərbəsindən ötürdüyü topu Stankoviç başla qapıya göndərsə də, top qapının üstündən keçdi.


18’ Ayltonun zərbəsindən sonra top qapıdan aralı keçdi.


26’ Səlahət Ağayev Mahir Emrelinin zərbəsinin qarşısını çətinliklə aldı.


31’ "Qarabağ” Mahir Emrelinin qolu ilə hesabı açdı – 1:0


40’ Monrozun zərbəsindən sonra qapıçı topu tutdu.


45+2’ Hacıyevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapıdan azca aralı keçdi.


45+3’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


53’ Hacıyevin künc zərbəsindən ötürdüyü topu Petrov başla qapıya göndərdi, amma qapıçı topu tutdu.


58’ Rauf Əliyev Rəhman Hacıyevi əvəzlədi.


60’ Gerye rəqibin fərqlənməsinin qarşısını aldı.


64’ Monrozun yaxın məsafədən zərbəsini qapıçı tutdu.


66’ Rəqibin hücumu zamanı top qapı dirəyindən qayıtdı.


69’ Hesab arasındakı fərq artdı. Zubir fərqləndi – 2:0


72’ Geryenin qüvvətli zərbəsindən sonra top qapı tirindən qayıtdı.


74’ Baqali Dabonun əvəzinə meydana Vanqelis Platellas daxil oldu.


80’ Monrozun ötürməsindən sonra Rauf Əliyev qol fürsətini boşa verdi, top qapının üstündən keçdi.


87’ İsmayıl Zülfüqarlı Namik Ələskərovu əvəzlədi.


88’ Zülfüqarlının ötürməsindən sonra Geryenin başla qol vurmasına əvvəlcə qapıçı, sonra isə tir mane oldu.


88’ Rəqib qapıçı Monrozun da qol vurmasına mane oldu.


90+2’ Kanenin zərbəsindən sonra Geryeyə toxunan top qapıdan aralı keçdi.


90+4’ Oyun başa çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta