U-17 mövsümə qələbə ilə başladı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

U-17 mövsümə qələbə ilə başladı

U-17 mövsümə qələbə ilə başladı

Bakcell U-17 Liqasında yeni mövsümə start verilib. "Neftçi” PFK-nın U-17 komandası ilk turda "Sumqayıt”la qarşılaşıb. "Ağ-qaralar” "Dalğa Arena”da keçirilmiş görüşdə 2:0 hesabı ilə qalib gəlib. Qollara Zaur Allahverdiyev və İbrahim İbrahimli imza atıblar.


"Neftçi” Futbol Akademiyasının U-15, U-13, U-12 və U-10 komandaları isə yoxlama oyunu keçiriblər. Nəticələri təqdim edirik:


"Neftçi” U-15 – "Bakı İdman” U-17 2:1

Qollar: Elton Həsənli, Nihat Paşayev.


"Keşlə” U-13 – "Neftçi” U-13 0:1

Qol: Vüsal Kərimov.


"Qarabağ” U-12 – "Neftçi” U-12 3:9

Qollar: Abidin Əliyev (3), Ramazan Məmmədov (2), Nicat Məhərrəmov, Azər Məmmədzadə, Ramal Muradov, Mirmövsüm Pirimzadə.


"Neftçi” U-10 – "Şam Sport” (Tehran, İran) U-11 6:2

Qollar: Yusif Quliyev, Rəşad Şirməmmədli, Kamran Novruzlu, Cavanşir Oruclu, Bəkir Eldarov, Turan Alməmmədzadə.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta