"Neftçi" Qəbələdə böyükhesablı qələbə qazandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Qəbələdə böyükhesablı qələbə qazandı

"Neftçi" Qəbələdə böyükhesablı qələbə qazandı

"Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 6-cı turda "Qəbələ” ilə qarşılaşıb. "Ağ-qaralar” Qəbələ şəhər stadionunda baş tutmuş görüşdə 3:0 hesabı ilə qələbə qazanıb. Qollara Tural Axundov (60-cı dəqiqə), Rauf Əliyev (72-ci dəqiqə) və Stiven Jozef-Monroz (89-cu dəqiqə) imza atıblar.


"Neftçi”: 1.Səlahət Ağayev, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 10.Dario Frederiko, 18.Tural Axundov, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 36.Mamadu Kane, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 19.Rauf Əliyev, 28.Stiven Jozef-Monroz, 33.Turan Vəlizadə, 80.İsmayıl Zülfüqarlı.


1’ Oyun başlandı.


17’ "Neftçi” hesabı açmağa çox yaxın oldu. Emin Mahmudovun künc zərbəsindən ötürdüyü topu Soni Mustivarın başla qapıdan keçirməsinə son anda qapıçı mane oldu.


33’ Rəqib qapıçı bu dəfə Mamadu Kanenin zərbəsinin qarşısını aldı.


45+6’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


46’ Səlahət Ağayev Fernan Lopezin zərbəsindən sonra topu tutdu.


50’ Emin Mahmudovun ötürməsindən sonra cərimə meydançasına daxil olan Namik Ələskərov topa toxuna bilmədi.


54’ Namik Ələskərovun cərimə zərbəsindən fərqlənməsinə əvvəlcə qapıçı, sonra qapı tiri mane oldu.


60’ QOOOOOOLLL! Tural Axundov uzaq məsafədən qüvvətli zərbə ilə hesabı açdı – 0:1.


72’ Rauf Əliyev Baqali Dabonu əvəzlədi.


73’ QOOOOOOLLL! Emin Mahmudovun ötürməsindən sonra Rauf Əliyev uzaq küncü dəqiq nişan aldı – 0:2.


73’ Namik Ələskərovun əvəzinə meydana Stiven Jozef-Monroz daxil oldu.


82’ Səlahət Ağayev Roman Hüseynovun zərbəsindən sonra topu tutdu.


83’ Rauf Əliyevin zərbəsindən sonra top qapının üstündən keçdi.


86’ Vanqelis Platellas Dario Frederikonu əvəzlədi.


89’ QOOOOOOLLL! Stiven Jozef-Monroz 3-cü qolu rəqib qapısından keçirdi.


90+3’ Oyun başa çatdı.

 

 

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta