"Neftçi"nin daha bir futbolçusu millidə | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin daha bir futbolçusu millidə

"Neftçi” PFK-nın daha bir futbolçusu – Namik Ələskərov Azərbaycan milli komandasına dəvət olunub. Oktyabrın 9-u Bakı vaxtı ilə saat 20:30-da Bəhreyn Milli Stadionunda bu ölkənin yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək millimiz ayın 13-ü Bakı vaxtı ilə saat 20:00-da "Ferensvaroş” stadionunda Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.


Qeyd edək ki, bundan əvvəl yığma komandaya "Neftçi”nin 3 üzvü – Emin Mahmudov, Səlahət Ağayev və Ömər Buludov dəvət almışdı. Lakin Ağayev "Səbail” klubu ilə oktyabrın 5-i keçirilmiş oyunda zədələndiyi üçün millinin düşərgəsinə yollanmayıb.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta