"Zirə" ilə matça hazırlıq başa çatdı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Zirə" ilə matça hazırlıq başa çatdı

"Neftçi” Premyer Liqanın 8-ci turunda qarşılaşacağı "Zirə” ilə matçın hazırlığını başa vurub. Komandamız bu gün"Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.


Xatırladaq ki, oktyabrın 20-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Zirə” oyunu saat 17:00-da başlanacaq. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara 1 AZN təşkil edən oyun biletlərini "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta