"Çalışacağıq hər oyunda qalib gəlib liderlə xal fərqini azaldaq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Çalışacağıq hər oyunda qalib gəlib liderlə xal fərqini azaldaq"

"Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko "Zirə” ilə oyundan (3:0) sonra klubun rəsmi saytına açıqlama verib. İlk qolun müəllifi olan braziliyalı futbolçu azarkeşlərin dəstəyinə görə sevindiyini bildirib:


"Böyük hesabla qalib gəlsək də, asan olmadı. Çox vacib qələbə idi. Ardıcıl üçüncü qələbədən sonra turnir cədvəlinin 2-ci pilləsinə yüksəldik. Çalışacağıq hər oyunda qalib gəlib liderlə xal fərqini azaldaq. Çempionluq uğrunda sonadək mübarizə aparacağıq. Azarkeşlərin yenidən bizi dəstəklədiyinə çox sevinirəm. Onlardan hər oyunda dəstək gözləyirik”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta