"Neftçi" Sumqayıtda qalib gəldi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Sumqayıtda qalib gəldi

"Neftçi" Sumqayıtda qalib gəldi

"Neftçi” Premyer Liqada ardıcıl dördüncü qələbəsini qazanıb. Komandamız 9-cu turda "Sumqayıt”ı 4:2 hesabı ilə məğlub edib. "Kapital Bank Arena”da baş tutmuş görüşdə Emin Mahmudov (28-ci və 82-ci dəqiqələr) və Baqali Dabo (34-cü və 83-cü dəqiqələr) dubla imza atıblar.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 77.Donald Gerye.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 11.Vanqelis Platellas, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 33.Turan Vəlizadə, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar.


1’ Oyun başlandı.


5’ "Sumqayıt” penalti zərbəsi ilə hesabı açdı. Mehdi Şərifi fərqləndi.


19’ Rəhman Hacıyevin cərimə zərbəsindən ötürməsi təhlükəli alınsa da, qapıçı təhlükəni sovuşdurdu.


24’ Rəhman Hacıyevin ötürməsindən sonra Stiven Jozef-Monrozun yaxın məsafədən zərbəsinin qarşısını qapıçı aldı.


26’ Rəhmanın zərbəsindən sonra top qapıdan aralı keçdi.


28’ QOOOOOOLLL! Emin Mahmudov penalti zərbəsi ilə hesabı bərabərləşdirdi – 1:1.


30’ Dario Frederiko ardıcıl iki dəfə qol vurmağa yaxın oldu. Əvvəlcə qapıçı topu çıxardı, sonra isə top qapının yanından keçdi.


34’ QOOOOOOLLL! Dabo Rəhmanın ötürdüyü topu başla qapıdan keçirdi – 1:2.


38’ Monrozun zərbəsindən sonra top qapının üstündən keçdi.


45+3’ Peyman Babayinin zərbəsindən sonra top qapının yanından keçdi.

 

45+4’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


53’ Dabonun daha bir qol vurmasına qapıçı imkan vermədi.


59’ Rəqib qapıçı əvvəlcə Darionun, sonra isə Monrozun zərbəsindən sonra topu qaytardı.


60’ Emin Mahmudovun zərbəsi qeyri-dəqiq oldu.


68’ Namik Ələskərov Dario Frederikonu əvəzlədi.


71’ Rəhman Hacıyevin əvəzinə meydana Soni Mustivar daxil oldu.


74’ "Sumqayıt”ın təhlükəli hücumu zamanı Əmir Ağayevin zərbəsindən sonra top qapının yanından keçdi.


79’ Dabonun ötürməsindən sonra Namikin zərbəsini qapıçı qaytardı.

 


82’ QOOOOOOLLL! Emin Mahmudov penalti zərbəsi ilə hesabı 1:3-ə çatdırdı.


83’ QOOOOOOLLL! Dabo Monrozun ötürdüyü topu qapıdan keçirdi – 1:4.


85’ Turan Vəlizadə Emin Mahmudovu əvəzlədi.


90’ Monrozun zərbəsindən sonra qapıçı topu kncə çıxardı.


90+2’ Amil Yunanov hesab arasındakı fərqi azaltdı – 2:4.


90+4’ Oyun başa çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta