"Neftçi" qələbəni əldən verib, məğlub oldu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" qələbəni əldən verib, məğlub oldu

"Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 11-ci turda "Keşlə” ilə qarşılaşıb. "ASCO Arena”da baş tutmuş görüşdə hesabı "ağ-qaralar” açıb: 45-ci dəqiqədə Donald Gerye fərqlnib. Bununla belə, fasilədən sonra (63-cü və 82-ci dəqiqələr) qapısında 2 qol görən "Neftçi” məğlub olub.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 25.Kirilo Petrov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 77.Donald Gerye.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 11.Vanqelis Platellas, 19.Rauf Əliyev, 26.Ömər Buludov, 33.Turan Vəlizadə, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar.


1’ Oyun başlandı.

 

8’ Darionun zərbəsi qeyri-dəqiq alındı.


16’ "Keşlə”nin hücumu zamanı Meza Kollinin zərbəsindən sonra top qapı dirəyindən qayıtdı.

 

30’ Rəhman Hacıyevin künc ötürməsindən sonra Kirilo Petrovun başla zərbəsi qapıdan yan keçdi.


33’ "Keşlə”nin hücumu zamanı Tural Bayramlının zərbəsindən sonra top qapıdan azca aralı keçdi.

 

40’ Səlahət Ağayev Vüsal İsgəndərlinin zərbəsindən sonra topu tutdu.


41’ Kanenin zərbəsindən sonra top rəqib futbolçudan qayıtdı.


45’ QOOOOOOLLL! Donald Gerye hesabı açdı – 0:1.


45+2’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


50’ Dabonun ötürməsindən sonra rəqibin cərimə meydançasında olan Hacıyev topa toxuna bilmədi.


51’ Tural Axundovun zərbəsindən sonra qapıçı topu qaytardı.

 

58’ Səlahət Ağayev Vüsal İsgəndərlinin zərbəsindən sonra topu qaytardı.

 

61’ Rəhman Hacıyevin əvəzinə meydana Rauf Əliyev daxil oldu.

 

63’ Franko Flores başla hesabı bərabərləşdirdi – 1:1.


70’ Vanqelis Platellas Dario Frederikonu əvəzlədi.


71’ "Keşlə”nin hücumu zamanı Tural Bayramlının zərbəsindən sonra top qapının yanından keçdi.


72’ Vüsal İsgəndərlinin qayçıvari zərbəsi qeyri-dəqiq alındı.


79’ Rauf Əliyevin zərbəsindən sonra qapıçı topu tutdu.


82’ Sezar Meza Kolli cərimə zərbəsi ilə "Keşlə”ni hesabda irəli çıxardı – 2:1.


86’ Emin Mahmudovun hesabı bərabərləşdirməsinə qapıçı imkan vermədi.

 

90+2’ Donald Geryenin əvəzinə meydana Mamadu Mbodj daxil oldu.


90+3’ Mamadu Mbodjun başla zərbəsindən sonra top qapının üstündən keçdi.


90+9’ Oyun başa çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta