Roberto Bordin: "Bu gün komanda özünə bənzəmədi" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Roberto Bordin:

Roberto Bordin: "Bu gün komanda özünə bənzəmədi"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Premyer Liqanın 11-ci turunun "Keşlə” klubu ilə oyunusonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Komandanın ən pis oyununu keçirdiyini deyən italiyalı mütəxəssis təəssüfləndiyini bildirib:


"Ən pis oyunumuzu keçirdik. Məğlubiyyətə layiq idik. İstədiyimiz oyunu göstərə bilmədik. Çox məyusam. Çünki futbolçular səviyyələrindən aşağı oynadılar. Təəssüf ki, uduzduq”.


Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Futbol komanda oyunudur. Udanda hamı udur, uduzanda hamı uduzur. Məğlubiyyət bütün komandanın günahıdır. Futbolçulardan belə oyun gözləmirdik. Sanki arxayınlıq var idi. Dario Frederikonun daha çox fərdi oyuna üstünlük verməyinə gəlincə, deməzdim ki, problem məhz onunla bağlı idi. Komandanın ümumilikdə oyunu alınmadı. Dario isə son nöqtəni qoya bilmədi. Bunu etsəydi, nəticə başqa cür ola bilərdı. Fərdi səhvlərimiz çox idi. Hətta üçüncü qolu da buraxa bilərdik. Əvvəlki oyunlardan cüzi əsər-əlamət var idi. Bu məğlubiyyətlə özümüz öz vəziyyətimizi çətinə saldıq. Bu gün komanda özünə bənzəmədi. Çalışacağıq ki, məğlubiyyəti həzm edək və növbəti matçlara yaxşı hazırlaşaq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta