"Neftçi" "Sumqayıt" – "Zaqatala" cütünün qalibi ilə qarşılaşacaq | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Sumqayıt" – "Zaqatala" cütünün qalibi ilə qarşılaşacaq

"Neftçi" "Sumqayıt" – "Zaqatala" cütünün qalibi ilə qarşılaşacaq

Bu gün Azərbaycan Kubokunda 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında təşkil olunmuş püşkün nəticələrinə görə yarışa 1/4 finaldan başlayacaq "Neftçi”nin rəqibi "Sumqayıt” – "Zaqatala” cütünün qalibi olacaq. Komandamız bu mərhələdəki ilk oyununu dekabrın 15-i və ya 16-sı evdə, cavab matçını isə ayın 19-u və ya 20-si səfərdə keçirəcək.


"Neftçi” yarımfinala yüksələcəyi halda, gələn il aprelin 22-si və 29-u olacaq oyunlarda "Qarabağ” – "Keşlə”/"Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcək.


Qeyd edək ki, final matçı mayın 16-sı baş tutacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta