"Neftçi" baxışa futbolçu dəvət edib | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" baxışa futbolçu dəvət edib

"Neftçi” PFK baxışa yeni futbolçu dəvət edib. Bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidir. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.


Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta