"Qəbələ" ilə oyuna hazırlıq başlandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Qəbələ" ilə oyuna hazırlıq başlandı

"Qəbələ" ilə oyuna hazırlıq başlandı

"Neftçi” Premyer Liqanın 12-ci turunda qarşılaşacağı "Qəbələ” ilə matçın hazırlığına başlayıb. "Keşlə” ilə oyundan sonra 4 günlük istirahətə buraxılan komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Baxışda olan qvineyalı Yamussa Kamaranın da qatıldığı məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.


Qeyd edək ki, "Neftçi” – "Qəbələ” oyunu noyabrın 24-ü "Bakcell Arena”da keçiriləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta