
"Neftçi" "Qəbələ"ni böyük hesabla məğlub etdi
"Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 12-ci turda "Qəbələ”ni böyük hesabla məğlub edib – 4:1. "Bakcell Arena”da baştutmuş görüşdə "ağ-qaralar”ın qollarını Soni Mustivar (17-ci dəqiqə), Ömər Buludov (24-cü dəqiqə), Stiven Jozef-Monroz (35-ci dəqiqə) və Vanqelis Platellas (90+2-ci dəqiqə) vurub. 90+5-ci dəqiqədə isə avtoqol qeydə alınıb.
Qeyd edək ki, "Neftçi” bu qələbədən sonra 21 xalla ikinci pilləyə yüksəlib.
"Neftçi”: 1.Səlahət Ağayev, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 77.Donald Gerye, 93.Soni Mustivar.
Ehtiyat oyunçular: 12.Kamran
İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 11.Vanqelis
Platellas, 18.Tural Axundov, 19.Rauf Əliyev, 33.Turan Vəlizadə, 65.Əmrah
Bayramov, 80.İsmayıl Zülfüqarlı.
1' Oyun başladı!
17' QOOOOOL! MUSTİVAR! 1-0! Rəhmanın ötürməsindən sonra Soni hesabı açır.
24' QOOOOOOL! BULUDOVun zərbəsindən sonra hesab artır - 2:0!
34' QOOOOOOOOOOOOOL! MONROZ! 3:0!
46' İkinci hissə başladı!
65' Mbodj Stankoviçi əvəzləyir.
72' Platellas Darionu əvəzləyir.
87' İsmayıl Zülfüqarlı Monrozu əvəzləyir.
90+2' PLATELLAS! 4:0!
90+5' Avtoqol. 4:1.
90+6' Oyun bitdi. 4:1!