"Neftçi"nin hazırlıq planı müəyyənləşdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin hazırlıq planı müəyyənləşdi

"Neftçi” PFK-nın qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Yanvarın 7-də Bakıda bir araya gələcək komandamızın üzvləri ayın 8-dən 10-dək fiziki testlər verəcəklər. Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək "ağ-qaralar” Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq. "Neftçi” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 15-i, 20-si və 24-ü baş tutacaq. İlk rəqib Polşanın "LKS Lodz” klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta