"Neftçi" "Səbail"lə heç-heçə etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Səbail"lə heç-heçə etdi

"Neftçi" "Səbail"lə heç-heçə etdi

"Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 13-cü turda "Səbail”lə qarşılaşıb. Çoxsaylı qol imkanlarına baxmayaraq, "ASCO Arena”da baş tutmuş görüşdə qapılara qol vurulmayıb – 0:0.


"Neftçi”: 1.Səlahət Ağayev, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 36.Mamadu Kane, 77.Donald Gerye, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 11.Vanqelis Platellas, 18.Tural Axundov, 33.Turan Vəlizadə.


1’ Oyun başlandı.


5’ Kanenin zərbəsi qeyri-dəqiq alındı.


15’ Darionun zərbəsindən sonra qapıçı topu tutdu.


18’ Komandamızın hücumu zamanı əvvəlcə Voislav Stankoviç, sonra isə Rauf Əliyev hədəfə düşə bilmədi.


23’ Səlahət Ağayev Mirsahib Abbasovun yaxın məsafədən vurduğu zərbədən sonra topu qaytardı.


45+2’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


51’ Rəqib futbolçu Rahid Əmirquliyevin zərbəsindən sonra top qapının yanından keçdi.


53’ Emin Mahmudovun ötürməsindən sonra Donald Geryenin yaxın məsafədən başla zərbəsi qapının üstündən keçdi.


55’ Rəhman Hacıyevin künc zərbəsindən ötürdüyü topu Kirilo Petrovun başla qapıdan keçirməsinə rəqib futbolçu mane oldu.


61’ Namik Ələskərov Mamadu Kaneni əvəzlədi.


67’ Emin Mahmudovun yaxın məsafədən zərbəsindən sonra qapıçı topu geri qaytardı.


73’ Ömər Buludov qeyri-dəqiq zərbə ilə fürsəti boşa verdi.


78’ Dario Frederikonun əvəzinə meydana Vanqelis Platellas daxil oldu.

80’ Emin Mahmudov cərimə meydançasında qaydanı pozduğuna görə qapımıza penalti zərbəsi təyin olundu.


81’ Ağabala Ramazanovun yerinə yetirdiyi penalti zərbəsindən sonra top qapı tirindən qayıtdı.


82’ Platellasın zərbəsi qeyri-dəqiq alındı.

 

83’ Rəqib qapıçı Namik Ələskərovun qüvvətli zərbəsindən sonra topu küncə çıxardı.


85’ Mamadu Mbodj Namik Əlskərovu əvəzlədi.


86’ Namik Ələskərovun ötürməsindən sonra Donald Geryenin başla zərbəsi qapının üstündən keçdi.


90’ Ağabala Ramazanovun zərbəsindən sonra Səlahət Ağayev topu tutdu.


 

90+3’ "Neftçi”nin ardıcıl hücumları bəhrəsini vermir.

 

 

90+5’ Namik Ələskərovun zərbəsi dəqiq alınmadı.


90+6’ Mbodjun başla zərbəsini qapıçı tutdu.


90+9’ Oyun başa çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta