"Neftçi" ikinci dövrəni qələbə ilə başa vurdu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" ikinci dövrəni qələbə ilə başa vurdu

"Neftçi” Premyer Liqanın ikinci dövrəsində son oyununu keçirib. Komandamız 14-cü turda "Sabah”la qarşılaşıb. "Bank Respublika Arena”da baş tutmuş görüşdə "ağ-qaralar” qalib gəlib – 2:0. Qollara Anton Krivotsyuk (45+2-ci dəqiqə) və Stiven Jozef-Monroz (90+2-ci dəqiqə) imza atıblar.


Qeyd edək ki, "Neftçi” 14 oyundan 25 xalla 2-ci yeri tutur.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 11.Vanqelis Platellas, 18.Tural Axundov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 77.Donald Gerye, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 33.Turan Vəlizadə, 56.Elton Əlibəyli.


1’ Oyun başlandı.


5’ Saşa Stamenkoviç topa Namik Ələskərovdan daha tez çataraq təhlükəni sovuşdurdu.


12’ Komandamızın hücumu zamanı əvvəlcə Platellas, sonra isə Gerye şansını boşa verdi.


15’ Emin Mahmudovun zərbəsindən sonra qapıçı topu geri qaytardı.


19’ Stamenkoviç bu dəfə Geryenin qol vurmasına mane oldu.


22’ Namik Ələskərovun zərbəsindən sonra qapıçı topun qapıdan keçməsinə imkan vermədi.


33’ Emin Mahmudovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top canlı səddən qayıtdı, təkrar zərbə isə qeyri-dəqiq alındı.


45+2’ QOOOOOOLLL! Anton Krivotsyuk başla hesabı açdı – 0:1.


45+2’ İlk hissə başa çatdı.


 

46’ İkinci hissə başlandı.


 

47’ Rəqib qapıçı əvvəlcə Monrozun, sonra isə Namikin zərbəsinin qarşısını aldı.


53’ Tural Axundovun zərbəsindən sonra qapının üstündən keçdi.


54’ Qol vurmaq üçün Namik Ələskərovun zərbəsində azca dəqiqlik çatmadı.


57’ Dario Frederiko Vanqelis Platellası əvəzlədi.


66’ Darionun zərbəsi qeyri-dəqiq alındı.


 

70’ Zədələnmiş Donald Geryenin əvəzinə meydana Ömər Buludov daxil oldu.


72’ Monrozun başla zərbəsindən sonra qapıçı topu tutdu.


83’ Kirilo Petrov Emin Mahmudovu əvəzlədi.


 

87’ Dario rəqibdən sıyrılıb cərimə meydançasına daxil olsa da, hədəfə düşə bilmədi.


 

88’ Rəqibin hücumu zamanı Təmkin Xəlilzadənin zərbəsi təhlükəli alındsa da, dəqiq alınmadı.


 

89’ Monrozun zərbəsindən sonra qapıçı topu tutdu.


 

90+2’ QOOOOOOLLL! Monroz uzaq küncü dəqiq nişan aldı – 0:2.


 

90+6’ Oyun başa çatdı.


 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta