Füzuli Məmmədov: "Çox çətin oyunda vacib qələbə qazandıq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Füzuli Məmmədov:

Füzuli Məmmədov: "Çox çətin oyunda vacib qələbə qazandıq"

"Neftçi” PFK-nın məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 14-cü turunun "Sabah” klubu ilə oyunusonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Futbolçulara təşəkkürünü bildirən mütəxəssis komanda üzvlərini və azarkeşləri qələbə münasibətilə təbrik edib:


"Çətin oyun oldu. Apardıqları mübarizəyə, məşqçimizin tapşırıqlarını yerinə yetirdiklərinə görə futbolçuların hər birinə təşəkkürümü bildirirəm. Çox çətin oyunda vacib qələbə qazandıq. Bu münasibətlə bütün komanda üzvlərini, "Neftçi”sevərləri, azarkeşlərimizi təbrik edirəm”.


Sonra məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Baş məşqçimiz texniki zonada olmasa da, yanımızda idi, bizə dəstək verirdi. Onun tapşırıqlarını maksimum dərəcədə futbolçulara çatdırmağa çalışdıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta